XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2015 - 15:44

Apellyasiya Məhkəməsi Cəmil Həsənlinin qızı barəsində qərarı dəyişmədi

 

cemil qizi.jpg

 

Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılması başa çatıb.

Şikayət fevralın 22-də Güneli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib, onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə il yarım müddətinə azadlıqdan məhrum edən birinci instansiya məhkəməsinin qərarından verilib.

Bu gün BAM birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərarın icrası birinci instansiya məhkəməsinə və daha sonra Penitensiar Xidmətə göndəriləcək.

Müdafiə tərəfi qərarı qanunsuz hesab edir və Ali Məhkəməyə kassasiya şikayəti verəcək.