XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 21:51

Bakıda iki avtobus toqquşdu –Yaralıların adları məlum oldu

Bakıda avtobus qəzası baş verib.

Zabrat yolunda 198 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 163 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Nəticədə avtobusda olan iki nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya bildirib ki, hadisə ilə bağlı agentliyə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanıb: “Hər iki avtobusun qəza vaxtı sürət həddini müəyyənləşdirməkdən ötrü GPS məlumatlarına baxılacaq. Hadisə hansı marşrut xəttinin günahı üzündən baş veribsə, onunla bağlı tədbir görüləcək”. 

Bakının Sabunçu rayonunda sərnişin avtobuslarının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

Bunlar 20 yaşlı Eliya Vahid qızı Axundova və 26 yaşlı Röyal Məmməd oğlu Nəbiyevdir.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.