XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

06 İyun 2017 - 22:29

“Oğlunu itirməklə beli büküldü…” –Əməkdar artistin oğlu faciəvi şəkildə öldü

Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayılın oğlu faciəvi şəkildə dünyasını dəyişib.

Strateq.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun həmkarı və yaxın dostu, əməkdar artist Novruz Cəfərov xəbər verib:

“Oğlunu itirməklə Salamın beli büküldü. Özü də elə faciəli ölümü Allah heç bir ataya göstərməsin. Azər cavan idi, amma səhhətində müəyyən problemlər vardı. Taksi sürücüsü kimi fəaliyyət göstərirdi. İşıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yanıb, maşını yerindən tərpənməyib. Ətrafdakılar siqnal versələr də, xeyri olmayıb. Gəlib baxıblar ki, yazıq keçinib. Ürəyindən idi. İki azyaşlı övladını qoca atasının ümidinə qoyub getdi”.
 
Qeyd edək ki, S.İsmayıl “Yük”, “Cavadxan”, “Koroğlu” və digər filmlərdə də rol alıb.