XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 10:43

Binəqədidə qəza:sərnişin avtobusu yük maşını ilə toqquşdu

İyunun 7-də səhər saatlarında Binəqədi rayonunun ərazisində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Azərtac xəbər verir ki, Azadlıq prospektində 202 saylı xətt üzrə hərəkət edən 90 XS 376 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu 90 TN 283 dövlət nömrə nişanlı “İsuzu” markalı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Avtobusa və yük maşınına ziyan dəyib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.