XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2015 - 18:23

Daha bir şirkət rəhbəri axtarışa verildi – İnterpolun elanı (FOTO)

Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.  

Məlumatda qeyd olunur ki, 54 yaşlı Qalib İbrahimov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.  

APA-nın əldə etdiyi məlumata görə, Q. İbrahimov “Azkomp” MMC-nin direktorudur.

 Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.