XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyun 2017 - 12:21

Bakı sakini evindəyanaraq ölüb

Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, elektrik naqillərinin qısa qapanması səbəbindən baş verən hadisə nəticəsində mətbəxin 12 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş cəsədi tapılıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.