XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2017 - 09:54

Jurnalist Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü: Maşın bir neçə dəfə aşıb -FOTOLAR

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Strateq.az –ın məlumatına görə,  hadisə Dərnəgül şossesində qeydə alınıb. C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil qarşıdan gələn digər maşınla toqquşub. Nəticədə “KİA” aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı üz nahiyəsindən xəsarət alıb. Jurnalistin özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara tibbi yardım göstərildikdən sonra  evə buraxılıb. 

Xatırladaq ki, C.Musaoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibidir.