XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 20:19

“Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğının yayılmasınınqarşısı alınıb

Paytaxtın Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azərtac-a bildiriblər ki, dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriblər. Hadisə nəticəsində iki mağazanın dam örtüyü ümumilikdə 150 kvadratmetr sahədə yanıb.

Hazırda yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.