XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 İyun 2017 - 11:21

Füzulidə qətl –Sumqayıt sakini 78 yaşlı qadını öldürüb

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Hadisә rayonun Babı kәndindә qeydә alınıb.

Kәnd sakini 78 yaşlı Luba Babeyavanın meyiti qonşuları tərəfindən evindә aşkarlanıb.

Hadisә yerinә gәlәn hüquq-mühafizә orqanlarının əməkdaşları isti izlәrlә cinayәti törәtmәkdә şübhәli bilinәn Sumqayıt şәhәr sakini, 25 yaşlı Abbasov Yaqub Vahid oğlunu saxlayıblar.

Kәnd sakinlәrinin bildirdiyinə görə, həmin şəxs kәndә әmisigilə qonaq gəlib. Gecә saatlarında tәnha qadının yaşadığı evә daxil olan Y. Abbasov onun başına küt alәtlә vuraraq öldürüb.

L. Babayevanın yeganә qız övladının xaricdә yaşadığı bildirilir.

APA