XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 June 2017 - 12:19

Tibb Universitetinin tələbəsi pəncərə silərkən yıxıldı –Nişanlı imiş + FOTO

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.