XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 İyun 2017 - 19:47

Psixonevroloji dispanserdə dava –Tibb bacısı həmkarına xəsarət yetirib

Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə dava düşüb.

Əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrofovanı döyərək ciddi xəsarət yetirib. Yaralı tibb bacısı təcili yardım maşını ilə Məingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kələ-beyin sarsıntısı diaqnozu ilə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az