XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 19:54

“Qurtuluş TV”nin təsisçisi özünü günahkar sayır –Məhkəmə

Bu gün Mingəçevir Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən İnqilab Xosrov oğlu Şirinov cinayət işi üzrə məhkəməsi başlayıb.

Hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

ittiham aktına əsasən, cinayət işi üzrə 10 zərərçəkmiş var. Təqsirləndirilən şəxs həmin şəxslərin ümumulikdə 10 162 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Elan olunmuş ittiham üzrə İ.Şirinov özünü qismən təqsirli bildiyini söyləyib. O, dindirilərkən kimlərinsə yalnış vədlərinə inandığını etiraf edib. 

Prosesdə 8 zərərçəkimiş ifadə verib. Digər 2 zərərçəkmiş isə məhkəməyə gəlmədiyi üçün növbəti iclasda dindiriləcək. 

Məhkəmənin növbəti iclası iyun 22-nə təyin edilib.

Qeyd edək ki, İ.Şirinov Cinayət Məcəlləsinin 178.2.2-ci(dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. O, vətəndaşlara özünü "Qurtuluş TV"nin təsisçisi kimi təqdim edərək, onları əməkdaşlığa cəlb olunacağını vəd edib və həmin şəxslərin etibarından istifadə edərək dələduzluq yolu ilə pul  ələ keçirib/Report.