XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 03:20

İş adamı yenidən Ədliyyə naziri və Ali Məhkəmə sədrinə üz tutdu:"Bu insanlar mənim həyatımı məhv ediblər"

Tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudzadə yenidən Azərbaycan Ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

Strateq.az icmal.az-a istinadən xəbər verir ki, iş adamı müraciətində iyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesinin keçirilməli olduğunu, lakin naməlum səbəbdən məhkəmənin 30 iyun 2017-ci il tarixə təxirə salındığını bildirib.

Maqsud Mahmudzadə müraciətində qeyd edib: "Nərimanov rayon Məhkəməsinin 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iş adamı Mahmudzadə Maqsud Mahmud oğlu ilə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan 0.094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m olan əmlak kompleksinin ("Las Veqas" restoranının) alqı-satqısı barədə AN İN 0472824 saylı daşınmaz əmlakın alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərində Mahmudzadə Maqsud Mahmud oğlunun mülkiyyət hüququnun bərpası qət olunmuş, sabiq MTN-nin və "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla prokurorluğa məlumat verilmişdi. Həmin qətnamadən İsmayılov Azad Fərhad oğlu və Quluzadə Cavid Məhəbbət oğlu apellyasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekbar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Hazırda barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirlər". 

Maqsud Mahmudzadə müraciətində göstərib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-in polkovniki olub və hazırda sərəncama çıxarılıb: "Hakimin həyat yoldaşının mənim mülkümü təzyiq yolu ilə ələ keçirən keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu ilə sıx münasibətləri olub. Quluzadə Cavid Məhəbbət oğlu keçmiş MTN-nin istintaq idarəsində işləyib. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub".

Zərərçəkən Maqsud Mahmudzadə daha sonra qeyd edir ki, "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməlləri keçmiş MTN-nin İstintaq İdarəsində aparılırmış: "Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu həmin istintaq qurupunun üzvü idi. Məhz bu səbəbdən Cavid Quluzadə Azad İsmayılova kömək edərək, onun "Bank Technique” ASC-də olan pulunun alınmasında iştirak edib. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdi”.

Maqsud Mahmudzadə müraciətində Cavid Quluzadənin Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın MTN-çi həyat yoldaşı ilə dostluq əlaqələrindən sui-istifadə etdiyini xüsusi vurğulayaraq, yazıb: "Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir. Bu insanlar bütövlükdə mütəşəkkil şəkildə mənim həyatımı məhv ediblər… Vaxt var idi, mən 300 vətəndaşımızı işlə təmin etmişdim, biznesimi daha da genişləndirəcəyimi düşünürdüm. Ancaq belələrini "səyi” nəticəsində bügün onlardan 280-nə yaxını işsizdirlər… Artıq susa bilmirəm, maddi resurslarım tamamilə tükənib, səbrim bitib. Mən fövqəladə heç nə istəmirəm, sadəcə şəxsi əmlakımı geri qaytarsınlar".

Müraciətinin sonunda Maqsud Mahmudazdə keçmiş MTN işçilərinin ona təkcə maddi deyil, mənəvi-psixolji baxımdan da ağır zərbə vurduqlarını iddia edərək, 30 iyunda keçiriləcək məhkəmə posesində əlindən alınmış bütün əmlakının qaytarılması haqda qərar veriləcəyinə ümidvar olduğunu bildirib.