XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2017 - 11:30

Biləsuvarda yanğın olub –Bir azyaşlı ölüb, ananın vəziyyəti ağırdır

Daxili İşlər Nazirliyi Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən yanğın haqqında məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N. Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.

Uşaq orada ölüb, G. Məmiyevanın vəziyyəti orta-ağırdır. 

Araşdırma aparılır.