XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 İyun 2017 - 12:58

Üç tələbə Azərbaycanın sərhədini qanunsuz keçərkən yaxalandı –FOTOLAR

Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər xarici vətəndaş saxlanılıblar.

Strateq.az Dövlət Sərhəd Xidmətinə (DSX) istiandən bildirir ki, həmin şəxslər Banqladeş Xalq Respublikası vətəndaşları – 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğludur.

Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan Respublikası vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının “Odlar Yurdu” və “Qərb” universitetlərinin tələbələri olması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2017-06-19-11-58-22az2 2017-06-19-11-58-28az3