XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2017 - 14:23

Türkiyə-İran sərhədində partlayış olub –İki azərbaycanlı istehkamçı yaralanıb

Türkiyə-İran sərhədində ərazilərin partlamamış hərbi sursatdan təmizlənməsi zamanı partlayış baş verib.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində iki azərbaycanlı yaralanıb. Hadisə İqdır vilayətinin Aralıq rayonunda, Ağrı dağının ətəyində qeydə alınıb. Mina təmizliyi ilə məşğul olan Azərbaycan vətəndaşları – 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minanı zərərsizləşdirmək üçün poliqona aparakən partlayış olub. Razi Aslanov əllərindən və gözündən, Ruslan Abişov isə ayaqlarından xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Bildirilib ki, ərazidə Azərbaycan, Türkiyə və Mozambik vətəndaşları təmizlik tədbirləri görürlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həmin ərazidə mina və partlamamış hərbi sursatdan təmizləmə əməliyyatı aparır.