XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

20 İyun 2017 - 15:31

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində gərginlik –Zərərçəkənlər vəkilə etiraz etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin edildiyi bildirilib.

Zərərçəkmişlər isə vəkilə etiraz ediblər. Onlar bildiriblər ki, 6 tələbənin ölümünə, 21 tələbənin yaralanmasına səbəb olan şəxsi müdafiə etmək olmaz.

Vəkil işlə tanış olmadığını söyləyib.

Hakim bildirib ki, etiraz yalnız qanun çərcivəsində olmalıdır.

Məhkəmənin baxış iclası iyunun 29-a təyin edilib.

İttihama görə, bu il martın 9-da səhər saatlarında Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış "ZİL" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.