XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 19:58

İranda Qədr gecəsində terror törətmək istəyən 40 nəfər saxlanılıb –Əməliyyat

İranın qərbində Urmiya vilayətində Xüsusi Xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində 40 nəfər terrorçu saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə İran Parlamentinin Urmiya vilayətindən olan deputatı Nadir Qazipur deyib.

Verilən məlumata görə, əməliyyatlar Urmiya vilayətinin İranşəhər, Sərdər və Mahabad şəhərlərində keçirilib.

Saxlanılanların İŞİD terror qruplaşmasına mənsub olduqları bildirilir. Onların Ramazan ayında Qədr gecəsində təşkil olunacaq mərasimlərdə terror aktları planlaşdırdığı məlum olub.