XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2015 - 06:55

Bakıda daha iki dəhşətli olay – Tələbə qız və gənc usta özünü binadan atdı

Bakıda iki nəfər intihar edib.

Hadisələrdən biri paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb. 

Məlumata görə, T.Həsənzadə Tibb Universitetinin tələbəsi olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər intihar hadisəsi isə Səbail rayonunda baş verib. Rayonun A.Abbaszadə küçəsində yerləşən yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə təmir işləri aparan usta, 1987-ci il təvəllüdlü İlqar Bəşir oğlu Aşurbəyov özünü eyvandan atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

APA