XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 İyun 2017 - 16:32

Vəkil:"Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir qismini ödəyib"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Vidadi Zeynalovun vəkili vəkili Bəylər Məmişov V.Zeynalov tərəfindən dövlətə vurulan ziyandan 4 milyon 200 min manat ödənildiyi barədə qəbzi hakimlər kollegiyasına təqdim edib.

V. Zeynalovun digər vəkili Elxan Süleymanlı çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Beytulla Hüseynovun vəkili Vilayət Nadirov isə çıxışında qeyd edib ki, B.Hüseynov vurulmuş ziyanı tam ödəyib və buna görə o, azadlığa buraxılmalıdır.

Məhkəmə digər vəkillərə çıxış üçün vaxt verib.

Proses iyulun 5-də davam etdiriləcək.