XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2017 - 16:42

Ədliyyə Nazirliyi Akif Çovdarovunsəhhətindən danışdı

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan sabiq idarə rəisi Akif Çovdarovun vəkillərinin onun səhhətindəki problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, idarə rəisi bildirib ki, A.Çovdarovun səhhəti ilə bağlı lazımi müayinələr keçirilib: "Nazirliyin Baş Tibb İdarəsinin həkim-mütəxəssisləri Akif Çovdarovun səhhətindəki problemlərə həmişə həssas yanaşıb və bu proses davam edir. Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciət olunarsa, həmin müraciətlər heç vaxt reaksiyasız qalmır".

Xatırladaq ki, A.Çovdarovun vəkilləri onun səhhətindəki ciddi problemlərlə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər.