XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 İyun 2017 - 19:30

Mingəçevirdə sərnişin avtobusu qəzaya uğrayıb:xəsarət alan var

Mingəçevir şəhəri, Xaldan şossesində zəncirvari qəza baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-2107” və “Niva” markalı avtomobillər toqquşub. Daha sonra hər iki avtomobil dayanacaqda dayanmış sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü Mingəçevir şəhər sakini 1997-ci il təvəllüdlü Əliyev Elamin Hidayət oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.