İyunun 21-də Lənkəran rayonunun Liman şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Arifə orada ölüb:
"Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib".