XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 13:47

Həbsxanada daha bir olay: Rəisə etiraz etdi, özünü doğradı

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd olub.

AzNews.az xəbər verir ki, məhkumlardan biri həbsxana rəhbərliyinə etiraz əlaməti olaraq, damarlarını kəsib. Zərərçəkmişin yaxınlarının dediyinə görə, o, həbsxana rəhbərinin onu “kars”a salmasına etiraz edib: “Hazırda onun vəziyyəti ağırdır. Qorxularından xəstəxanaya da aparmayıblar. O da çoxlu qan itirib. Hazırda onun vəziyyəti kritikdir”.
Məsələ ilə bağlı Penitensiar Xidmət heç bir münasibət bildirməyib. Qurumun mətbuat xidmətindən deyilib ki, hadisə barədə yalnız sorğu vasitəsi ilə cavab verilə bilər. Lakin rəsmi sorğu göndərdikdən sonra da cavab verilməyib.