İyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birnə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.
Strateq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, Vasin xəstəxanaya yerləşdirilib:
"Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb".