Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əyyublu kəndi ərazisində əməliyyat keçirib.
Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı yabanı halda bitən, ümumi çəkisi 635 kiloqram olan 2286 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.