XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2017 - 13:14

Azərbaycan antiterror siyahısını genişləndirdi –"Əl-Qaidə” və İŞİD-ə dəstəkçiləri axtarışa verildi

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti Çin vətəndaşı Abdul Haq və Fələstin vətəndaşı Bubeker Bulqitini terrorçuluğa dəstəyə görə beynəlxalq sanksiyaların şamil olunduğu şəxslərin siyahısına daxil edib.

MBNP-nin Maliyyə Monitorinqi Xidmətindən verilən məlumata görə, həmin şəxslər “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına dəstək göstərdiyinə görə axtarışa verilib.

Bu, 2017-ci ildə siyahıda edilmiş 15-ci dəyişiklikdir/Trend.