XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 17:50

Bakıda çempion qızın ölümü ilə bağlı cinayət işi açıldı –Sürücü həbs edildi

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü həbs edilib.

Strateq.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıblar.

Məlumatda bildirilib ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib:

"Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulmuşdur.

R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcəkdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".".

Xatırladaq ki, mərhum R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.