Mordoviya polisi iyunun 27-də məhkəmə zalından qaçan Azərbaycan vətəndaşı Hüseynov İsmət Əhməddağ oğlunu Moskva şəhərində saxlayıb.
Onunla birlikdə qaçan digər Azərbaycan vətəndaşı 23 yaşlı Aslanov Cəlal Xəlifət oğlunun axtarışları isə davam etdirilir.
Qeyd olunur ki, axtarışlara Mordoviya polisinin bütün qüvvələri cəlb olunub.
İsmət Hüseynov isə hazırda Ruzeyevka şəhər təcridxanasına yerləşdirilib/Oxu.az.