ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş vermiş atışma nəticəsində azı 17 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir. İnsident nəticəsində yaralananlardan ən kiçiyinin 16 yaşı var.
Yerli KİV-lərin məlumatına görə, atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.
Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur/APA.