XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2017 - 21:25

Lənkəranda toya gedən avtomobil qəzaya düşdü –Yaralılar var

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə "VAZ 21011" markalı, 43 BC 856 seriyalı avtomobillərin toqqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Report