XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 22:39

Fransada miqrantlar arasında kütləvi dava –3 nəfər saxlanıldı, 20 yaralı var

Fransanın şimalındakı Kale şəhərində miqrantlar arasında kütləvi dava olub.

Bu barədə "Agence France-Presse" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Efiopiyadan və Eritreyadan olan miqrantlar yerli vaxtla saat 13:15-də dəyənəklə və daşla silahlanaraq şəhərin sənaye zonasında bir-birlərinə hücum ediblər. Kale merinin müavini Filip Minonun sözlərinə görə, dava zamanı 20 nəfər xəsarət alıb. Hadisə ilə bağlı 3 miqrant saxlanılıb.

Qeyd edək ki, analoji hadisə cümə günü axşam da baş verib. Polis hadisə ilə bağlı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Dava zamanı 9 nəfər xəsarət alıb/Report.