XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 17:18

PKK-çı terroristlər bələdiyyə sədrinin müavinini evindən oğurlayıb öldürdü –Türkiyədə

PKK terrorçuları Türkiyənin Van vilayətinin Özalp rayonunun bələdiyyə sədrinin müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Aydın Ahini qətlə yetiriblər.

Bələdiyyə sədrinin vəzifələrini icra edən A.Ahi ötən gecə yaşadığı evdən terrorçular tərəfindən oğurlandıqdan bir qədər sonra öldürülüb.

Hadisə ilə əlaqədar bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş Tvitter hesabından yazdığı açıqlamada cinayəti şiddətlə qınayaraq bildirib ki, bu xain hücumlar terror təşkilatlarına və onları dəstəkləyənlərə qarşı apardığımız mübarizəni əsla sarsıda bilməz/Axar.az.