XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2017 - 11:53

Xidməti otağında döyülən rəis:“Əllərində bıçaq var idi..."

"Həmin adamları şəxsən tanımıram. İki nəfər idilər. Borca görə işıqları kəsilmişdi".

Bu sözləri Axar.az-a kabinetində döyülən Azərişıq ASC-nin Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi Aydın Məmədov bildirib. Onun sözlərinə görə, borca görə işığı kəsilən iki şəxs kabinetinə gələrək ona hücum ediblər:

“Əllərində bıçaq var idi. Hücum edib zərbələr endirdilər. Bıçaqla xəsarət yetirmək istəyirdilər”.

A.Məmmədov deyib ki, məsələ ilə bağlı prokurorluq araşdırma aparır.

Qeyd edək ki, Azərişıq ASC-nin Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi 57 yaşlı Aydın Məmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.