XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 12:43

Almaniyada G20 sammitinə hücum planlaşdıran şəxs həbs olundu –Xeyli silah aşkarlanıb

Almaniyada G20 sammitinə hücum planlaşdırmaqda şübhəli bilinən 30 yaşlı Rostok şəhər sakini saxlanılıb.

Bu barədə “The Local” agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, əməliyyatçılar Rostokda iki mənzildə, Xoenfelddə bir binada və Bad Doberan şəhərində qarajda axtarış aparıblar və çoxlu sayda silah aşkar ediblər. Bununla yanaşı, onlar tez alışan maye, kimyəvi vasitələr, pirotexnik vasitələr, bıçaq, beysbol zopası da aşkarlayaraq götürüblər

Saxlanılan şəxsin radikal solçu qruplaşmanın üzvü olduğu bildirilir.

Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Hamburqda keçiriləcək. 

APA