XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 06:18

Evə basqın edən maskalı şəxslərdən ikisi yaxalandı – Polis əməliyyatı

Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın edən maskalı şəxslərdən ikisi tutulub.

apa.az-a istinadən strateq.az  xəbər verir ki, ötən gün dörd nəfər maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Hacıyev Fərzəli Məhəmməd oğlunun yaşadığı evə basqın edib. Naməlum şəxslər Fərzəli Hacıyevi, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Rəxşəndə Hacıyevanı və oğlu, 1995-ci il təvəllüdlü Fərhad Hacıyevi döyərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər və maskalı şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Polis əməkdaşları hadisəni törədən 4 nəfərdən ikisini – Bakı sakini, 1989-cu il təvəllüdlü İsmayılov Orxan İsrail oğlu və İmişli şəhər sakini, 1990-cı il təvəllüdlü Mehdiyev Səxavət Bakir oğlunu ötən gecə Bakı şəhərində saxlayaraq, Göyçaya gətiriblər. 

Hazırda istintaq tədbirləri davam edir və digər iki şəxsin tapılması üçün işlər görülür. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Onu da qeyd edək ki, Fərzalı Hacıyevin uzun müddətdir, rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.