XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 16:44

Hakim prokurorun vəsatətini təmin etmədi –Faiq Əmirlinin məhkəməsində

Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA-nın  xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə F. Əmirlinin vəkili F. Mehdiyev məhkəməyə gəlməyən şahidlərin ifadəsinin elan olunması ilə bağlı prokurorun ötən iclasda verdiyi vəsatətə etiraz edib. Vəkil bütün şahidlərin məcburi qaydada məhkəmədə dindirilməsini istəyib. 

Hakim A. Əliyeva vəkilinin etirazını nəzərə alaraq, prokurorun vəsatətini rədd edib. 

Sonra şahid Rəna Əfəndiyeva dindirilib. O, sənəd itkisi ilə bağlı "Azadlıq" qəzetinə elan verdiyini deyib: "Bu elana görə isə 2 manat pul ödəmişəm. Faiq Əmirlini tanımıram". 

Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.