XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 14:19

Xaçmaz sakini bıçaqla üç nəfərə hücum edib:bir ölü, bir yaralı

Xaçmazda qətl hadisəsi baş verib.

Rayon prokurorluğundan "Report"un Şimal bürosuna bildirilib ki, hadisə bu gün saat 10.30 radələrində rayonun Qusarçay kəndində baş verib.

Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb.

Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.
Məhərrəm Hacıyevin meyiti Məhkəmə Ekspertiza və Pataloji-Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza olunub.

Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.

Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.