XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 17:46

Soyğunçuluq və quldurluq törətmiş34 qrup ifşa olunub

51 soyğunçuluq və quldurluq cinayəti törətmiş 76 nəfərdən ibarət 34 qrup, eləcə də 66 mənzil oğurluğu törətmiş 83 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyilib.

Həmçinin qeyd olunub ki, narkotiklərlə bağlı aşkar edilmiş 468 (721) fakt üzrə qanunsuz dövriyyədən 234 kq-dan çox (+26 kq 900 qr) narkotik vasitə çıxarılıb.