XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 İyul 2017 - 20:19

21 yaşlı gəncin meyitiçaydan çıxarıldı

Saatlıda çayda batan gəncin meyiti sudan çıxarılıb.
 
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü Allahverdiyev Gülməmməd Şahin oğlu bu gün Araz çayının Saatlıdan keçən hissəsində batıb.
 
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanıb.