Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Poylu qəsəbəsinə gedən yolda baş verib.
Stansiya Poylu qəsəbə sakini 1989-cu il təvəllüdlü Nemətəliyev Anar Yusif oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb.
Qəza zamanı sürücü və sərnişin Stansiya Poylu qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.