XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2017 - 12:00

Cəlilabaddakı yanğında7 yaşlı uşaq ölüb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb.

Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.