XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 13:47

Xaçmazda 50 yaşlı qadın ağacdanyıxılaraq ölüb

Xaçmazın Müzəffəroba kəndinin sakini bədbəxt hadisənin qurbanı olub.

"Report"un yerli bürosu xəbər verir ki, kənd sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.