XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 23:30

Bakıda restoran alovlandı –Müştərilər təxliyə edilib + FOTO

Bakıda restoranda yanğın olub, müştərilər təxliyə edilib.

Hadisə Yasamal rayonu ərazisində, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma N1” restoranında baş verib. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində 1 ədəd kartof bişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğın zamanı restorana elektrik enerjisinin verilməsi dayandırılıb, təhlükəsizlik məqsədilə müştərilər təxliyə edilib.

Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

APA