XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 11:27

Gəncədə televiziya əməkdaşının avtomobili qarət olunub –Təfərrüat

Gəncədə televiziya əməkdaşının avtomobili qarət olunub.

Dünən axşam saat 21:00 radələrində Gəncə şəhəri Əttarlar küçəsində avtomobil qarət olunub. Naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus "OPEL” markalı avtomobilin yan şüşəsini sındıraraq sahibinə məxsus cüzdanı oğrulayıblar.

Pul qabının içərisində nəğd pulla yanaşı, plastik kartlar və digər lazımı sənədlər olub. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar, zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hələlik qarətçilərin kimliyi məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xatırladaq ki, avtomobilin sahibi Fərid Mehdiyev uzun müddətdir "ARB Kəpəz”in əməkdaşıdır. 

Siyavuş Mehdiyev, zərərçəkənin atası hadisəni belə nəql edib: "Oğlumla hüzr yerinə gəlmişdik. Xeyli vaxt evdə oturduq. Axşam saat 9-10 olardı, getmək istəyəndə maşının sürücü tərəfdən şüşəsinin sındırıldığını gördük. Maşının içərisində kişi pul qabısı vardı. Onun da içərisində pul və plastik kartlar var idi. Hamısını aparıblar". (ARB TV)