XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 14:45

Aleksandr Lapşinin məhkəməsi təxirə düşdü –Proses

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasa sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, Ekspertiza Mərkəzindən məhkəməyə məktub daxil olub: "Məktubda bildirilir ki, mərkəzin əməkdaşı Almaz Bayramova hazırda məzuniyyətdə olduğundan məhkəməyə gələ bilmir. Onun iştirakı yalnız sabah təmin edilə bilər".  

Buna görə məhkəmə prosesi iyulun 12-dək təxirə salınıb.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. 
 
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.