XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 21:50

Sabirabadda ağır qəza –1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sabirabadda yol qəzası baş verib

ARB TV xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb. Həmin kənd sakinlərinin idarə etdiyi minik vasitələri toqquşub. 37 yaşlı Vüsal Abdullayev motosikletlə hərəkətdə olarkən 34 yaşlı Emil Dövlətovun idarə etdiyi “VAZ 2107″ markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Ağır yaralanan motosikletin sürücüsü əməliyyat zamanı dünyasını dəyişib. Yaralılardan 3-ü həmin kənd sakinləri Ramin Əliyev, Rəşad Əliyev və Tural Məmmədovdur.