XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2017 - 13:30

Qubada avtomobil dərəyə aşıb,sürücü ölüb

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.