XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2015 - 09:48

Taleh Bağırzadənin müavininin evindən silah tapıldı – Rəsmi

“Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən xeyli sayda silah-sursat tapılıb.

Strateq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qətimkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

 Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb. 

Elçin Qasımov “Müsəlman Birliyi”nin rəhbəri Taleh Bağırzadənin müavinidir.