XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 15:47

Türkiyədə 50 mindən çox FETÖ-çü tutulub –General, vali, prokuror...

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra il ərzində 50 mindən çox insan qiyamda iştirak etməkdə ittiham olunaraq həbs edilib.

Trend-in Türkiyə Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2016-cı il iyulun 15-dən etibarən Fəthullah Gülən hərəkatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 169 013 nəfərə qarşı cinayət işi açılıb. Yekunda 50 510 insan həbs edilib. Onlardan 169-u general, 7098-i hərbçi, 8815-i təhlükəsizlik oqranlarının əməkdaşı, 24-ü vali, 73-ü isə vali müavinidir.

Qeyd olunur ki, 48 400 nəfər yaşadığı yeri tərk etməmək şərtilə azadlığa buraxılıb, 8087-i axtarışdadır, 43 404 nəfər isə azadlığa buraxılıb.

Həbs edilənlər arasında hakim, prokuror, vəkil və digərləri (cəmi 2431 nəfər) də var.